Zero-day attack or zero day threat

zero-hour or day zero Sıfır gün (və ya sıfır saat) hücumu – tətbiqi proqramlarda və ya əməliyyat sistemlərində öncədən bilinməyən, proqram təminatı istehsalçılarının aradan qaldırmağa vaxt tapmadıqları boşluğu istismar edən hücum.
XSS
Zero day vulnerability
OBASTAN VİKİ
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Fate/Zero
Fate/Zero (yaponca: フェイト/ゼロ, Hepbörn: Feito/Zero, azərb. Tale/Sıfır‎) — Takaşi Takeuçinin rəssamlığı ilə Qen Urobuçi tərəfindən yazılan ranobe. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanı üçün prikvel təşkil edir. Ranobenin ilk cildi 29 dekabr 2006-cı ildə buraxılmışdır və Type-Moon ilə Nitroplus şirkətləri arasındakı əməkdaşlıqla ərsəyə gəlmişdir. İkinci cildi 31 mart 2007-ci ildə, üçüncü cildi 27 iyul 2007-ci ildə nəşr olunmuşdur. Dördüncü və sonuncu cildi 29 dekabr 2007-ci ildə buraxılmışdır. Manqa adaptasiyası 2011-ci ilin fevralından nəşr olunur və indiyə qədər 11 cildi çapdan çıxmışdır. 2008-ci ildən 2010-cu ilə kimi 4 Drama CD seti buraxılmışdır. Ufotable studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuşdur. Birinci mövsüm 1 oktyabrdan 24 dekabr 2011-ci ilə kimi, ikinci mövsümü 7 apreldən 23 iyun 2012-ci ilə kimi yayımlanmışdır.
Re:Zero
Re:Zero -Starting Life in Another World- (azərb. Re: Sıfır -Başqa dünyada həyata başlamaq-‎), Yaponiyada tanınan adı ilə Re:Zero kara Hajimeru Isekai Seikatsu (Re:ゼロから始める異世界生活, azərb. Re: Fərqli dünyada sıfırdan həyat‎), bəzən Re: Life in a different world from zero və ya qısaca Re:Zero — Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış ranobe seriyası. Yaponiyada yaşayan adi oğlan və hikikomori olan Subaru Natsukinin səhvən alternativ dünyaya düşməsindən, bu dünyada Emiliya adlı gümüş saçlı qız ilə tanış olmasından və "Ölümdən qayıdış" adlı gücə malik olduğunu aşkarlamasından bəhs edir. "Re:Zero" ilk öncə Shōsetsuka ni Narō veb-roman saytında yayımlanırdı, lakin daha sonra ranobe şəklinə salınmışdır. Media Factory 24 yanvar 2014-cü ildən bu yana ranobe seriyasının 38 cildini MF Bunko J imprinti ilə buraxmışdır. Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur.
B'Day
B'Day – Beyonsenin ikinci studio albomudur.
Day.az
Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub. 11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur. Xakerlərin məqsədi Rusiya-Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub. 2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib. Azərbaycan xəbər saytlarının siyahısı Trend İnformasiya Agentliyi AzerNews Day.az "Anar Məmmədxanlı Day.Az-ın satıldığını xəbər verib" (az.).
Green Day
Green Day – ABŞ punk rok qrupu. Green Day 1986-cı ildə uşaqlıq yoldaşı olan Billi Co Armstonq (gitara, vokal) , Mike Dirnt (bas) və Tre Cool (baraban) tərəfindən 1986-cı ildə "Sweet Children" adı altında Kaliforniyada quruldu. 1989-cu ildə qrup "1,000 Hours" adlı ilk EPlərini çıxardıqdan sonra 1990-cı ildə "Smooth Out Slappy Hour" adlı albomlarını bazara sürdü. Əsas səs gətirən albomları 1992-ci ildə çıxardıqları ikinci albom "Kerplunk!" ilə oldu və qrup Amerikada underground radiolarda bir nömrəyə yüksəldi. 1994-cü ilə gəlindiyində "Dookie" albomuyla yükləlişləri fərqli bir təcil qazandı. Albomda iştirak edən "Longview" parçası siyahılarda yüksəlməyə başladı və bir müddət sonra Top 40 siyahısının zirvəsində iştirak etdi. Daha sonra parçanın videosuyla MTV Video Musiqi Mükafatlarında 3 budaqda namizəd göstərildi. "Dookie" iki dənə platin val mükafatı al/götürərkən qrup, Rolling Stone jurnalının etdiyi ən yaxşı yeni qrup sıralamasında ən çox səs ver birinci oldu. Bu albomda iştirak edən "When I Come Around" adlı parça 1995-ci ildə Top 10 siyahılarında 1 nömrəyə yüksəldi. Eyni il Green Day "Dookie" albomuyla "Ən Yaxşı Alternativ Musiqi Performansı" kateqoriyasında Grammy Mükafatı al/götürdü.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Kao Day
Bao-day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.
Bao Day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.
Grimoire of Zero
Grimoire of Zero (azərb. Sıfır qrimuarı‎) və ya Yaponiyada tanınan adı ilə Zero kara Hajimeru Mahō no Sho (ゼロから始める魔法の書, azərb. Sıfırdan sehrli kitab başlatmaq‎) — Yoşinori Şizumanın rəssamlığı ilə Kakeru Kobashiri tərəfindən yazılan ranobe seriyası. Ranobe 2012-ci ildə 20-ci Dengeki Roman Mükafatının qalibi olmuşdur. ASCII Media Works 2014-cü ilin fevralından ranobenin 7 cildini buraxmışdır. Takaşi İvasakinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 27 dekabr 2014-cü ildən ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunur. Yasuoka tərəfindən "Zero kara Hajimeru Mahō no Sho Nano!" (ゼロから始める魔法の書なの) adlı spin-off manqası da istehsal olunmuşdur. White Fox tərəfindən istehsal olunmuş anime adaptasiyasının 2017-ci ilin aprelindən iyununa qədər anime serialı adaptasiyası yayımlanmışdır. 526-cı ildir. Hadisələr Zero adlı dünya cahili ilə yarı-insan, yarı-bədheybət olan muzdlu əsgər ətrafında cərəyan edir.
Zero Gravity (mahnı)
"Zero Gravity" (azərb. Sıfır qravitasiya‎) — Avstraliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Keyt Miller-Haydki "Zero Gravity" mahnısı ilə Avstraliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Pop və opera üslubunu özündə birləşdirən mahnı ifaçı Keyt Miller-Haydki və həyat yoldaşı Keir Nuttall tərəfindən bəstələnmişdir.
Horizon Zero Dawn
Horizon Zero Dawn — Niderlandın Guerrilla Games studiyası tərəfindən hazırlanmış, 2017-ci ildə Sony Interactive Entertainment tərəfindən PlayStation 4 oyun konsolu üçün nəşr edilmiş və 2020-ci ildə fərdi kompüterlərə köçürülmüş macəra/RPG janrında kompüter oyunudur. Oyunun süjeti gələcəkdə, post-apokaliptik ABŞ-da baş verir, burada təmiz təbiət və təhlükəli heyvana bənzər robotlar üstünlük təşkil edir, bizim adi həyat tərzimiz məhv edilib və ibtidai qəbilələrdə az adam yaşayır. Baş qəhrəman, gənc ovçu Eloy, qəbiləsindən qovulmuş bir insandır və bu qızın doğulmasının şərtləri sirrlə örtülmüşdür. Qəbilə naməlum düşmənlər tərəfindən hücuma məruz qaldıqdan sonra Aloy hücumun səbəbləri, onun mənşəyi və dünyanın niyə belə hala gəldiyi ilə bağlı suallara cavab tapmaq üçün səyahətə çıxır. Horizon Zero Dawn açıq dünyanı təqdim edir və Aloy onu araşdırır, müxtəlif qəbilələrin yaşayış məntəqələrini, keçmiş insanların tərk edilmiş xarabalıqlarını və sirli yüksək texnologiyalı binaları ziyarət edir. Nizə, kaman və əlavə alətlərin müxtəlif arsenalından istifadə edərək, Eloy mexaniki heyvanları ovlayır. Döyüş sistemi oyunçunu öz strategiyasını seçməyə sövq edir ki, bu da yırtıcı ovu mümkün qədər optimal və möhtəşəm etməlidir və ölü robotların qalıqlarından olan hissələr qəhrəman tərəfindən döyüş sursatı və digər avadanlıq yaratmaq üçün istifadə edilə bilər. Səyahətində Eloy visordan — qəhrəmanın uşaqlıqda tapdığı və başqalarının görə bilmədiyi şeyləri görməsinə kömək edən miniatür yüksək texnologiyalı əlavə reallıq cihazından istifadə edir. Horizon Zero Dawn uzun müddət ərzində Killzone seriyası oyunlarına aidiyyəti olmayan ilk Guerrilla Games studiya layihəsi oldu. Studiyanın bədii rəhbəri Jan-Bart van Bik tərəfindən icad edilən oyunun konsepsiyası son dərəcə riskli hesab edilsə də, buna baxmayaraq inkişaf üçün qəbul edildi.
Cherish the Day
Cherish the Day – ingilis musiqi qrupu Sadenin 1993-cü ildə çıxardığı sinql. Mahnı Sade qrupunun 1992-ci ildə çıxardığı dördüncü studio albomu olan Love Deluxe albomundan olan dördüncü və sonuncu sinqldır.
Noelani Malia Day
One Day Love
One Day Love — 1971-ci ildəki Avroviziya Mahnı Müsabiqəsinin mahnısı.
One More Day
One More Day — Gürcüstannı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldrine rok qruppu ifa edəcəyi mahnıdır.
Çan Day Kuanq
Çan Day Kuanq (12 oktyabr 1956 – 21 sentyabr 2018, Hanoy) — Vyetnam Sosialist Respublikasının Prezidenti (2016–2018). Çan Day Kuanq 2016-cı ildə Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Çan Day Kuanq, 21 sentyabr 2018-ci ildə 61 yaşında ikən müalicə aldığı hərbi hospitalda vəfat etmişdir.
Fate/Zero seriyalarının siyahısı
Fate/Zero (フェイト/ゼロ, Feito/Zero, azərb. Tale/Sıfır‎) — Ufotable animasiya studiyası tərəfindən eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialı. Anime serialının rejissoru Ey Aoki, ssenaristləri isə Akira Hiyama və Akihiro Yoşidadır. Personajların ilkin dizaynlarını Takaşi Takeuçi hazırlamış, Atsuşi İkariya və Tomonori Sudo orijinal dizaynlardan istifadə edərək anime üçün personajları dizayn etmişdirlər. Anime üçün musiqi Yuki Kaciura tərəfindən bəstələnmişdir. Anime serialı Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanında baş verən hadisələrin 10 il əvvəlidir: yeddi ustanın və yeddi xidmətçinin Fuyuki şəhərində ortaya çıxacaq Müqəddəs qədəhi əldə etmək üçün qatıldıqları Dördüncü Müqəddəs qədəh müharibəsi animenin mövzusudur. Eyniadlı ranobe əsasında anime serialının çəkiləcəyi "Young Ace" jurnalının 2011-ci il fevral buraxılışının reklamı vasitəsilə anons edilmişdir. "Fate/Zero"-nun istehsalında Aniplex və Nitroplus da iştirak etmişdir. 1 oktyabr 2011-ci ildə Tokyo MX, Tochigi TV, Gunma TV və BS11 kanalları vasitəsilə, növbəti tarixlərdə isə TVS, TVA, MBS, CTC, tvk, TVh, TVQ və Kids Station kanalları vasitəsilə göstərilməyə başlamışdır. Daha keyfiyyətli iş ortaya çıxarmaqdan ötrü anime serialı iki mövsümə bölünmüşdür: birinci mövsüm 1 oktyabrdan 24 dekabr 2011-ci ilə kimi, ikinci mövsüm 7 apreldən 23 iyun 2012-ci ilə kimi davam etmişdir.
Have a Nice Day
Have a Nice Day – Roxette qruppunun albomudur.
The Day After Tomorrow
Birisigün (ing. The Day After Tomorrow) — 2004-cü il ABŞ istehsalı elmi fantastika, fəlakət filmi. Film qlobal istiləşmə və onun yarada biləcəyi problemlərdən bəhs edir. Baş rollarında Dennis Kueyd, Ceyk Cilenhol, Sela Vord, Emmi Rossum və İen Holm çəkilmişlər. 20thcenturystudios.com/movies/the-day-after-tomorrow — Birisigün rəsmi saytı The Day After Tomorrow — Internet Movie Database saytında.
Working Day and Night
Working Day and Night — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Mortal Kombat Mythologies: Sub-Zero
Mythologies: Sub-Zero — "Midway Games" oyun şirkəti tərəfindən 1997-ci ildə yaradılan, döyüş oyunudur. Sab-Ziro, Lin Kuey klanına mənsub döyüşçüdür. Kuan Çi, onu Şaolin məbədindən xəritəni götürməsi üçün vəzifələndirir. Sab-Ziro xəritəni götürmək üçün məbədə yola düşür. Döyüşlərin birində Şiray Ryu klanına mənsub olan döyüşçü Skorpionla qarşılaşır. Kuan Çi planının müvəffəqiyyətlə həyata keçməsi üçün Skorpionu da xəritəni götürmək üçün vəzifələndirmişdir. Lakin Sab-Ziro onu özünə rəqib olaraq düşünür. Bu zaman Sab-Ziro onunla döyüşür və onu öldürür. Sab-Ziro xəritəni tapandan sonra onu Kuan Çiyə təqdim edir. Kuan Çi isə mükafat olaraq Lin Kuey klanının əsas rəqibi olan Şiray Ryu klanının bütün heyətini işdən azad edir.
Mythologies: Sub-Zero (oyun, 1997)
Mythologies: Sub-Zero — "Midway Games" oyun şirkəti tərəfindən 1997-ci ildə yaradılan, döyüş oyunudur. Sab-Ziro, Lin Kuey klanına mənsub döyüşçüdür. Kuan Çi, onu Şaolin məbədindən xəritəni götürməsi üçün vəzifələndirir. Sab-Ziro xəritəni götürmək üçün məbədə yola düşür. Döyüşlərin birində Şiray Ryu klanına mənsub olan döyüşçü Skorpionla qarşılaşır. Kuan Çi planının müvəffəqiyyətlə həyata keçməsi üçün Skorpionu da xəritəni götürmək üçün vəzifələndirmişdir. Lakin Sab-Ziro onu özünə rəqib olaraq düşünür. Bu zaman Sab-Ziro onunla döyüşür və onu öldürür. Sab-Ziro xəritəni tapandan sonra onu Kuan Çiyə təqdim edir. Kuan Çi isə mükafat olaraq Lin Kuey klanının əsas rəqibi olan Şiray Ryu klanının bütün heyətini işdən azad edir.
My Lucky Day (DoReDos mahnısı)
My Lucky Day (azərb. Mənim uğurlu günüm‎) — Moldovanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. DoReDos qrupu "My Lucky Day" mahnısı ilə Moldovanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı rus müğənni və bəstəkar Filipp Kirkorov və 2013-cü ildə Azərbaycanın, 2014 və 2016-cı illərdə Rusiyanın və 2017-ci ildə Yunanıstanın Avroviziya mahnıları üzərində işləyən söz yazarı Con Ballard tərəfindən bəstələnmişdir.